Вернуться назад Распечатать

Aeroportda taksi qiymətləri: AYNA-dan Ombudsmana cavab...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatınıntaksi xidmətində  yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi monitorinqə münasibət bildirib.

1xeber.media  xəbər verir ki, bu barədə Oxu.az-a AYNA-dan bildirilib.

Qurumdan sözügedən monitorinqlə bağlı qeyd olunub ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".