Вернуться назад Распечатать

Məhkəmə Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib

1xeber.media xəbər verir ki, Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum edib.

"Nicolas Sarkozy şərti cəza ilə 5 il müddətinə azadlıqdan məhrum edilib", - məlumatda qeyd olunub.

Məlumata görə, bu cəzaya Sarkozinin yaxın adamlarının Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ilə 2007-ci il prezidentlik kampaniyası üçün əlavə maliyyə vəsaiti əldə etmək üçün “korrupsiya paktı” bağladıqlarına dair iddialar səbəb olub.