Вернуться назад Распечатать

Putin orduya payız çağırışı ilə bağlı fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi xidmətə payızda çağırılması haqqında fərman imzalayıb.

1xeber.media xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sərəncama əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış oktyabrın 1-dən başlayacaq və dekabrın 31-dək davam edəcək. Kampaniya çərçivəsində 135 min vətəndaş həqiqi hərbi xidmətə çağırılacaq.

Eyni fərmanla Putin xidmət müddəti başa çatan hərbçiləri tərxis edib.

Bundan əvvəl Rusiya Federasiyası Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini Vladimir Tsimlyanski xəbərdarlıq etmişdi ki, 2025-ci ilin payız çağırışı üçün “Qosusluq” portalında şəxsi kabinetlərə göndərilən elektron çağırış vərəqələri tətbiq olunacaq. Vətəndaşların hərbi qeydiyyata düşmək və hərbi xidmətə getmələri üçün 20 gün vaxt veriləcək. Gəlməmək məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə nəticələnəcək. Kağız çağırış vərəqələrinin də bundan sonra da istifadə ediləcəyi vurğulanıb.