Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldovanı seçkiləri münasibətilə təbrik edib və Avropa İttifaqına (Aİ) qapının ölkəyə açıq olduğunu bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə X sosial media platformasında yazıb.
"Moldova, siz yenidən uğur qazandınız... Seçiminiz bəllidir: Avropa. Demokratiya. Azadlıq. Qapılarımız açıqdır. Biz də hər addımda sizinlə olacağıq", - postda deyilir.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Moldovada seçkiləri qiymətləndirmək üçün hələ tez olduğunu bildirib.
Bundan əvvəl hazırkı prezident Maia Sandunun Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlamentdəki yerlərin əksəriyyətini saxladığı bildirilirdi. Bülletenlərin 99,87 faizinin yoxlanılması nəticəsində 50,15 faiz səs PAS-ın lehinə verilib.