Вернуться назад Распечатать

Böyük Britaniya kiberhücumdan sonra Jaguar Land Rover-ə dəstək verəcək

Böyük Britaniya hökuməti Jaguar Land Roverə (JLR) 1,5 milyard funt sterlinq kredit zəmanəti verəcək.

1xeber.media xəbər verir ki, vəsaitlər şirkət kiberhücumdan sağaldıqdan sonra təchizat zəncirini dəstəkləmək və iş yerlərini qorumaq üçün istifadə olunacaq.

Britaniyanın Biznes və Ticarət Naziri Piter Kayl bildirib ki, kiberhücum “təkcə məşhur Britaniya brendinə deyil, həm də dünya üzrə aparıcı avtomobil sektorumuza hücumdur”. Bir neçə kiçik JLR tədarükçüləri şikayət edirdilər ki, onların vəsaitlərinin tükənməsinə ən çox bir həftə qalıb.

Hindistanın Tata Motors şirkətinə məxsus JLR birlikdə gündə təxminən 1000 avtomobil istehsal edən və Böyük Britaniyanın ikinci ən böyük şəhəri olan Birmingem və Liverpul ətrafında çoxsaylı iş yerləri təmin edən üç fabrik idarə edir.