Вернуться назад Распечатать

Danimarka dron insidentlərindən sonra NATO- nun dəstəyini aldı

1xeber.media xəbər verir ki, hava limanları və hərbi obyektlərin yaxınlığında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı bir sıra insidentlər fonunda Danimarka NATO müttəfiqlərindən hərbi dəstək alıb.

"Almaniya, Fransa və İsveç Danimarka paytaxtına əlavə qüvvələr göndərir", - məlumatda deyilir.

NATO ölkələrinin Danimarkaya təxminən 75 hərbçi, pilotsuz uçuş aparatları, radar sistemləri və bir helikopter göndərdiyi bildirilir. Alyans Almaniyanın Hamburq freqatını Baltik dənizinə də yerləşdirdi.

Sentyabrın 23-də Oslo və Kopenhagen hava limanları naməlum dronların aşkarlanması ilə əlaqədar öz hava məkanlarını bağlayıb. Sonradan məlum olub ki, iki hadisə arasında heç bir əlaqə yoxdur.