Вернуться назад Распечатать

Baş nazir MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.

Yaşıl gündəliyə toxunan hökumət başçısı bildirib ki, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar fonunda Azərbaycan yaşıl enerji texnologiyalarına, o cümlədən külək və hidroenergetika sahələrinə fəal sərmayələr yatırır.

Baş nazir bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdiyini, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi üzrə sazişlərin imzalandığı vurğulayıb.

Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.