Вернуться назад Распечатать

Bakı və Abşeronda su-kanalizasiya sistemi ilə bağlı dövlət proqramı hazırlandı

Bakı və Abşeron yarımadasında su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb.
1xeber.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O qeyd edib ki, hazırda proqram üzərində müzakirələr aparılır:

“Eyni zamanda proqramın layihələrinin həyata keçirilməsi üçün donorlarla danışıqlar aparılır və onların maliyyə dəstəyi, eyni zamanda bu layihələr çərçivəsində beynəlxalq mütəxəssislərin cəlb olunması da nəzərdə tutulur. Bundan başqa Bakı şəhərində və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması, ümumiyyətlə, infrastrukturun yenilənməsinə bağlı 10 böyük layihə həyata keçirilir. Bakı və Abşeronda müxtəlif istiqamətlərdə iri həcmli daşıyıcı kollektorların tikintisi və eyni zamanda 3 yeni su təmizləyici qurğu komplekslərinin tikintisi nəzərdə tutulur. Bu layihələrin hər birinin artıq icrasına başlanılıb. Proses davam etdirilir. Ümumi magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğular komplekslərinin isə 2027-ci və 2028-ci ildə tamamlanması nəzərdə tutulub”.