Вернуться назад Распечатать

Tramp Bayden dövründə bütün Amerika silahlarının Ukraynaya təhvil verildiyini açıqlayıb

Keçmiş prezident Co Baydenin dövründə ABŞ bütün silahlarını Ukraynaya verdi, özü üçün heç nə saxlamadı.

1xeber.media xəbər verir ki, bunu sentyabrın 30-da ABŞ prezidenti Donald Tramp Pentaqon katibi Pit Heqsetlə amerikalı general və admirallar arasında görüş zamanı deyib.

"Bizim heç bir silahımız yox idi, hər şeyi Ukraynaya verdik. Heç nəyimiz yox idi. <...> Bayden [Ukraynaya] 350 milyard dollar verdi <...> Biz bunu artıq etmirik. Biz avadanlıq satırıq", - Tramp bildirib.

O, qeyd edib ki, ABŞ Ukraynadakı münaqişəni maliyyələşdirmir, əksinə, silahı vasitəçilərə satır və sonra onları Ukraynaya verir.