Monqolustan baş naziri Qombjavyn Zandanşatar istefa verib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 17-də Reuters agentliyi məlumat yayıb.
"Monqolustanın baş naziri Qombojavın Zandanşatar ölkə parlamentinin dəstəyini itirdikdən sonra istefa verib", - məlumatda deyilir.
Siyasətçi dörd ay hökumət başçısı vəzifəsində çalışıb. Agentliyin məlumatına görə, Monqolustan siyasəti son illərdə korrupsiya və zəif daxili iqtisadiyyatla bağlı ictimai narazılıq fonunda qeyri-sabitliklə sarsılıb.