Вернуться назад Распечатать

"Qarabağ" "Turan Tovuz"a qalib gələrək liderliyə yüksəldi

Futbol üzrə Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

1xeber.media xəbər verir ki, “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində 55-ci dəqiqədə Nəriman Axundzadə, 63-cü dəqiqədə Abdullah Zubir fərqləniblər. "Turan Tovuz"un yeganə qoluna isə 40-cı dəqiqədə Alexandro Serrano imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “köhlən atlar” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikinci sırada yer alıb.