Вернуться назад Распечатать

Fərhan Əliyev vitse-prezident gətirilir?

SOCAR-ın rəhbər heyyətində yenidən kadr dəyişikliyi olaması gözlənilir - Qurumda yeni vitse-prezident təyinatı ola bilər...

1xeber.media xəbər verir ki,bu barədə AzFakt.com-un əldə etdiyi məlumata görə SOCAR-ın ən böyük idarələrindən biri olan “SOCAR Midstream Operations” MMC-nin baş direktoru Fərhan Əliyev vitse-prezident vəzifəsinə təyinat alacağı gözlənilir. 

Bildirək ki, Fərhan Əliyev 2008-2016-cı illərdə BP-də, 2016-2024 cü illərdə isə Elm və Təhsil Nazirliyində Əsaslı Tikinti və Təchizat İdarəsində direktor  müavini vəzifəsində çalışıb. 2024- cü ildə Fərhad Əliyev SOCAR-ın ən böyük idarələrindən biri olan “SOCAR Midstream Operations” MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb. 

Məlumata görə Fərhan Əliyev İqsadiyyat naziri Mikayıl Cabbarovun ən yaxın və etibarlı kadrlarından biri sayılır.