Вернуться назад Распечатать

Orban Sikorskinin “Drujba”nı partlatmaqla hədəsinə cavab verib

Macarıstanın baş naziri Viktor Orbanın müşaviri Balazs Orban Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Drujba” neft kəmərinə qarşı hədələrini isterik adlandırıb.

1xeber.media xəbər verir ki, O, açıqlamasını sosial şəbəkədə yayıb.

“Bu, hədsizdir: Polşa xarici işlər naziri ümid edir ki, ukraynalılar Macarıstanı enerji ilə təmin edən “Drujba” kəmərini partlada biləcəklər”, - Orban bildirib.

Macarıstan liderinin məsləhətçisinin sözlərinə görə, Sikorskinin bəyanatı “müharibə isteriyasının ən qaranlıq dərinliklərinə” düşür. Orban Polşa xarici işlər nazirini “Polşa-Macarıstan münasibətlərini korlamaq” cəhdində ittiham edib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyartonun şərhinə cavab olaraq Sikorski ümid etdiyini bildirib ki, Ukrayna əsgərləri “Drujba” boru kəmərini sıradan çıxaracaq.

Öz növbəsində, Szijarto Sikorskinin Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Polşa üzərində uçarsa, onun qarşısını almağa hazır olması ilə bağlı fikirlərini ələ salıb.