Вернуться назад Распечатать

Aylıq gəliri 8 min manatdan çox olanların nəzərinə!

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər.

1xeber.media xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10%-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15%-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü - 25%).

Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10%-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11%-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü - 21%).

Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığortaolunan 3%, sığortaedən isə 22% sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü - 25%).

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.