Вернуться назад Распечатать

Ukraynalı jurnalistlərin maşını dronla vuruldu: 2 ölü - Foto

Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lanset” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

1xeber.media xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.