Вернуться назад Распечатать

XİN Macarıstanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Macarıstanı Milli Günü münasibətilə təbrik edib.

1xeber.media  xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım olunub.

"Macarıstanın Milli Günü münasibətilə dost Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və yaxşı arzularımızı çatdırırıq.

Ənənəvi dostluq əlaqələrimizi və qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik",- paylaşımda deyilir.