Вернуться назад Распечатать

İcra başçısının oğluna vəzifə verildi

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

1xeber.media  əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.