Вернуться назад Распечатать

Milyonları olan Mehdiyevlər ailəsinin qəbiristanlığa borcu var...

Son günlər mediadan düşməyən Ramiz Mehdiyev  və ailəsi  ilə bağlı hər gün yeni informasiya yayılır.

1xeber.media Oxu24.com-a istinadla  xəbər verir   ki, bu dəfə Mehdiyevlər ailəsi  qəbiristanlıq işçilərinin hiddətinə tuş gəlib.

Belə ki,Ramiz  Mehdiyevin qayınanası    Natela  Kondratevna Qurskayanın  məzarının təmizlik işlərinə baxan  şəxslərin  pulları iki aydır ki,verilmir.

Mənbənin saytımıza  verdiyi  məlumata  görə, Qalina  Mehdiyeva və gəlini  Nigar Mehdiyeva həbs xəbərindən əvvəl tez-tez  həmin qəbiri ziyarət ediblər.

Lakin son söz-söhbətlərdən sonra ailə gözə görünmür. Bu səbəbdən də təmizlik işlərinə  baxan  şəxslərin  pulları da verilmir.

“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad  (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də  10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ... Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini  Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri  işləri gördük, amma pulumuzu  vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha  təmizləmirəm”,-deyə məzarlığın  əməkdaşı saytımıza açıqlamasında deyib.