Вернуться назад Распечатать

Ermənistan parlamentindən kilsə telekanalı ilə bağlı qərar

Ermənistanda kilsəyə məxsus “Şoqakat” telekanalının fəaliyyəti dayandırılır.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan parlamenti qərar qəbul edib.

Bildirilib ki, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan “Şoqakat” telekanalı da fəaliyyətini dayandıracaq.