Fransa 2026-cı ildə öz hərbi kontingentini Ukraynaya yerləşdirməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu açıqlama ilə Fransa Ordusunun Baş Qərargah rəisi Pyer Şill çıxış edib.
"Ukraynanın rifahı üçün lazım gələrsə, təhlükəsizlik zəmanətləri çərçivəsində qoşun yerləşdirməyə hazır olacağıq", - o vurğulayıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Paris yaxın vaxtlarda Ukraynaya “Aster” raketləri və “Mirage” döyüş təyyarələri göndərmək niyyətindədir.
Martın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukraynada Avropa hərbi kontingentinin mümkün yerləşdirilməsi məsələsində güzəştə yer görmür. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi Avropa ölkələri ilə Rusiya arasında birbaşa müharibə demək olardı.