Вернуться назад Распечатать

Putin Vadim Titovu administrasiyasında yeni departamentin rəhbəri təyin edib

Rusiya prezidenti Vladimir Putin Vadim Titovu Prezident yanında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin (SPS) rəhbəri təyin edib.

1xeber.media xəbər verir ki, müvafiq fərman oktyabrın 24-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

“Vadim Petroviç Titov Prezident Administrasiyasının Strateji Tərəfdaşlıq və Əməkdaşlıq üzrə İdarəsinin rəhbəri təyin edilsin”, - sənəddə deyilir.

Titov Rosatom Beynəlxalq Şəbəkəsinin (RIN) baş direktorudur. İki gün əvvəl Prezidentin İcra Aparatına (PA) yaxın mənbələr Titovun SPS rəhbəri postuna namizədlərdən biri olduğunu bildirmişdilər.