Вернуться назад Распечатать

Fəzail Ağamalı ilə oğlu arasında dava düşdü

Ana Vətən Partiyasının bu gün keçirilən növbəti qurultayında gərgin anlar yaşanıb.

1xeber.media xəbər verir ki, gərginlik partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında baş verib.

"Ciddi xoşagəlməz vəziyyət yarandı. Partiyanın ünvanına təhdid və böhtanlar səsləndirildi. Sədrliyə namizədlərin hüquqları Elçin Ağamalı tərəfindən pozulduğuna görə, qurultay yarımçıq saxlanıldı. Mən qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən sədr olaraq qalıram" - Fəzail Ağamalı bildirib.