Вернуться назад Распечатать

PKK Türkiyədən tamamilə çıxdığını açıqladı

 PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

Bu barədə 1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.