Вернуться назад Распечатать

Qars sakinlərinin 20 illik arzusu gerçəkləşdi: Ermənistanla sərhəddə Türkiyə bayrağı sancıldı

Türkiyənin Qars vilayətinin Akyaka rayonunun İncedere kəndinin sakinləri Ermənistanla sərhəddə Türkiyə bayrağını sancaraq 20 illik arzularını gerçəkləşdiriblər.

1xeber.media bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Türkiyə bayrağı Ermənistanla sərhəddə yerləşən və yüksəkliyi 2 500 metrə çatan Karakuzu dağında ucaldılıb.

Qeyd edilir ki, bayraq dirəyinin hündürlüyü 15 metr, bayrağın özü isə 6 metr təşkil edir.

Xüsusi işıqlandırma sisteminin quraşdırılması sayəsində bayraq gecələr də aydın şəkildə görünür.

Türkiyə bayrağının Ermənistan tərəfindən də aydın göründüyü bildirilir.