1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Belqorod su anbarının bəndinə ikinci dəfə hücum etməyə cəhd edib.
Ukrayna ordusunun təxminən bir saat əvvəl obyektə ikinci zərbə endirdiyi bildirilir. Hücuma dart tipli pilotsuz uçuş aparatları qatılıb.
Yerli sakinlər partlayış səsi eşitdiklərini bildiriblər. Məlumata görə, onlar həmçinin Belqorod su anbarına hücumdan sonra evlərində pəncərələrin titrədiyini iddia ediblər.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ilk zərbəsindən sonra Belqorod vilayətində tərəvəz bağlarının su altında qaldığı bildirilirdi. Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.