Вернуться назад Распечатать

"Bəziləri elə bilir, Tənzilə ailəmi dağıtdı" - Sabir Rüstəmxanlı (VİDEO)

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı ilk dəfə keçmiş aiıə həyatı ilə bağlı açıqlama verib. 

1xeber.media xəbər verir ki, aparıcı Ülvira Qarayevanın "Həftənin qonağı" verilişində qonaq olan Rüstəmxanlı ilk həyat yoldaşından millət vəkili Tənzilə Rüstəmxanlı ilə tanış olmazdan əvvəl ayrıdlığını deyib. 

"Köhnə ailəmdən ayrı idim. Ona görə ayrılmamışam. Burada Tənzilənin günahı olmayıb. Tənzilə olmasaydı, başqası olacaqdı. Bəziləri elə bilir ailə dağıtdı, bunlar boş söhbətdir. Mən boşanandan 5-6 il sonra Tənzilə xanımla rastlaşmışam. Tənzilə xanımla indi münasibətləri çox yaxşıdır, görüşürlər. Məclislərdə ikisi bir yerdə otururlar. Tənzilə xanım zarafatla nəvələrə deyir ki, "başqalarının bir nənəsi olur, sizin iki nənəniz var". Bizim ailəmizdə o problem yoxdur. Cəmillə Aydan (ikinci nikahından övladları - red.) Gündüzlə Nərgizin anasına onlar qədər mehribandırlar", - deyə Sabir Rüstəmxanlı qeyd edib.