Вернуться назад Распечатать

“Bolmart” supermarketlər şəbəkəsi bağlandı

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.

İstifadəçilər mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.

1xeber.media xəbər verir ki,Modern.az məsələ ilə bağlı “Bolmart”ın qaynar xətti ilə əlaqə saxlayıb.

Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.

Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.

Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.