Rusiya prezidenti Vladimir Putinin Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara ilə Kremldə görüşü iki ölkə arasında hərbi əlaqələrin hərtərəfli inkişafına töhfə verib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 28-də Rusiyanın müdafiə naziri Andrey Belousov suriyalı həmkarı Mahraf Əbu Qəsrə ilə görüşündə bildirib.
“Və bizim yenidən burada, danışıqlar masası arxasında olmağımız onu göstərir ki, siyasi liderlərimiz arasında təmaslar və hərbi nazirliklərimiz arasında təmaslar həqiqətən mənalı, səmərəli və böyük potensiala malikdir”, - o, Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında bildirib.
Hər iki müdafiə naziri ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərinin praktiki icrasını müzakirə ediblər. Əbu Qəsrə də öz növbəsində Suriya nümayəndə heyətinin Moskvada işinin təşkilinə görə Rusiya rəhbərliyinə, xüsusilə Belousova təşəkkür edib.