Вернуться назад Распечатать

Saleh Səmədovun işdən çıxarılan rəis oğlunun yerinə TƏYİNAT

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik.

Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin  işdən azad  olunmuş  rəisi Toğrul Səmədovun yerinə yeni təyinat baş tutub.

1xeber.media oxu24.com-a istinadla xəbər verir ki, yeni təyin olunan rəis ədliyyə polkovnik-leytenantı Nazim Zülfüqarovdur.

O,bundan öncə Qaradağ rayonu,Qobustan qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində əməliyyat işləri üzrə  rəis müavini vəzifəsini icra edib.

Qeyd edək ki,sözügedən cəzaçəkmə  müəssisəsində  xüsusi ilə təhlükəli  cinayət törətmiş  residivistlər (Red-cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət törətmə)məhkumlar saxlanılır.Xatırladaq ki,vaxtı ilə  Lotu Quli (Nadir Sələfov) da həmin  müəssisədə  cəza çəkib.