Вернуться назад Распечатать

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə 15 gün sonra öldü

Türkiyədə qəzada xəsarət almış azərbaycanlı tələbə Möhlət Bəhlulzadə xəstəxanada vəfat edib.

1xeber.media  “Gazete Alanya”ya istinadən xəbər verir ki, qəza hadisəsi oktyabrın 11-i Alanya şəhərində baş verib. 

Belə ki, 62 yaşlı Süleyman T.-nin idarə etdiyi minik avtomobili 27 yaşlı Möhlət Bəhlulzadənin kvadrasiklinə arxadan çırpılıb. 

Zərbənin təsirindən ağır xəsarətlər alan Bəhlulzadə xəstəxanaya yerləşdirilib, lakin 15 gün sonra - oktyabrın 26-sı həyatını itirib. 

Qəzaya səbəb olan taksi sürücüsü Süleyman T. məhkəmə qərarı ilə həbs edilib.

Qeyd edək ki, M.Bəhlulzadə Alanya Alaaddin Keykubat Universitetinin tələbəsi idi.