Вернуться назад Распечатать

SON DƏQİQƏ! Bir qardaşı həbs edildi,digəri axtarışa verildi — DETALLAR

Digər qardaşının da anoloji əmələ görə axtarışda olduğu deyilir.

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri S.Səmədovun 2 oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayıldı.

1xeber.media xəbər verir ki,Oxu24.com saytının əldə etdiyi məlumata  görə, Saleh Səmədovun  böyük qardaşı  Atababa Səmədov da  həbs olunub.

Onun digər qardaşı,əvvəllər Daxili İşlər Orqanlarında çalışmış Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi  məlumata  görə,Atababa  Səmədov  bir qrup şəxs ilə qrup şəklində  dələduzluq  əməli törətməkdə  ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Atababa  Səmədov  7  il  müddətinə  azadlıqdan  məhrum edilib.

A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. 

Əldə etdiyimiz  məlumata  görə, Saleh Səmədovun  qardaşının  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb.

O,da məlum olub  ki, A.Səmədov illər öncə məhkəmənin hökmü ilə  5 il müddətinə azadlıqdan məhrum edilib.

Verilən cəza şərti cəza ilə əvəz olunub.Lakin,sonra iş üzrə ittihamçı prokuror mövcud hökmdən  narazı qaldığı üçün apellyasiya  protesti verib və onun cəzası 5 ildən 7 ilə qaldırılıb.

Qaçıb gizləndiyi üçün A.Səmədov barədə hökm 1 il 6 aydan çox icra edilməyib.

Əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov sonralar həbs olunub və cəzaçəkmə müəssisəsinə göndərilib.Hazırda O Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində  cəza çəkir.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan DTX tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Xatırladaq ki,sosial şəbəkələrdə Saleh Səmədov dövlətə xəyanət etməkdə suçlandırılan  Ramiz Mehdiyevin çətiri altında olduğu bildirilir.