Вернуться назад Распечатать

Ermənistanda hərbi xidmət müddəti 6 ay azaldıldı

2025-ci il yanvarın 1-dən Ermənistanda məcburi hərbi xidmət müddəti altı ay azaldılır. 

1xeber.media xəbər verir ki, Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib.

Dəyişikliyin məqsədi müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayının artırılması hesabına icbari xidmət müddətinin azaldılmasıdır. 

Yeni dəyişiklikdə 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmətin əvvəlki kimi 24 ay deyil, 18 ay olması nəzərdə tutulur. Bu isə o deməkdir ki, 2026-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlər 2027-ci ilin iyulunda xidmətini başa vuracaqlar.

Hökumət həmçinin bu dəyişikliyin 2027-ci ilin ikinci yarısından başlayaraq xərclərin azaldılmasına gətirib çıxaracağını proqnozlaşdırır. Qanunvericilik təşəbbüsü tezliklə müzakirə və təsdiq üçün parlamentə göndəriləcək.