Rusiyanın LUKOIL neft şirkəti ABŞ və Böyük Britaniya sanksiyalarından sonra özünün beynəlxalq şirkəti olan LUKOIL International GmbH-nin 100%-ni beynəlxalq əmtəə treyderi Gunvora satmağa razılaşıb.
1xeber.media xəbər verir ki, bu barədə şirkətin saytındakı press-relizdə məlumat verilib.
“LUKOIL İnternational GmbH-nin satışı müəyyən ölkələr tərəfindən PJSC LUKOIL və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır”, - deyə məlumatda deyilir.
Bununla belə, əməliyyatın yekunlaşdırılması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) təsdiqi, eləcə də şirkətin fəaliyyət göstərdiyi digər ölkələrin səlahiyyətli orqanlarından digər lisenziyalar və icazələr tələb olunur.