Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.
Həmin şəxsin paytaxt Paris yaxınlığında saxlanıldığı qeyd olunub.
Bundan əvvəl isə hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılmışdı.
Xatırladaq ki, hadisə oktyabrın 19-da baş vermişdi. Naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.