Вернуться назад Распечатать

Pakistan Əfqanıstanla danışıqları bərpa etdi

Pakistan Türkiyənin vasitəçiliyi ilə Əfqanıstanla danışıqları bərpa etməyə razılıq verib.

1xeber.media xəbər verir ki, bu barədə Pakistanın “Geo News” nəşri mənbələrə istinadən məlumat yayıb. 

“Mənbələr bildirir ki, Pakistan sülhə nail olmaq üçün daha bir şans vermək məqsədilə dialoqu bərpa etmək qərarına gəlib. Əvvəlki danışıqların uğursuzluğundan sonra evə qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq”, - məlumatda deyilir.

Bildirilir ki, Pakistan Əfqanıstandan öz ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı ciddi tədbirlər görməyi tələb edir. 

Qeyd edək ki, daha əvvəl Pakistanın kütləvi informasiya və kommunikasiya naziri Ataullah Tarar İstanbulda Əfqanıstan tərəfi ilə 4 gün davam edən danışıqların nəticəsiz başa çatdığını açıqlamışdı. 

Xatırladaq ki, bir müddət əvvəl iki ölkənin sərhədində silahlı toqquşmalar baş vermişdi.