Вернуться назад Распечатать

Məşhur hakim haqqındakı mərc oyunları ittihamına cavab verdi - Video

Mərc oyunları oynamaqda ittiham edilən türkiyəli yüksək kateqoriyalı hakim Zorbay Küçük açıqlama verib.

1xeber.media türkiyə mediasına istinadən xəbər verir ki, o, haqqındakı iddiaları təkzib edib.

Referinin bildirib ki, hakimlik karyerası ərzində və ya ondan əvvəl heç bir mərc saytının üzvü olmayıb: “Mən heç vaxt hesab açmamışam və ya heç bir idman növünə mərc etməmişəm. Həqiqəti üzə çıxarmaq üçün lazımi addımları atmışıq”. 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Futbol Federasiyası (TFF) ölkə futbolunda geniş rezonans doğuran bəyanat yayıb.

Mərc oyunlarında iştirak etdiyi müəyyən edilən 152 hakimi Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib. Siyahıda bir sıra yüksək kateqoriyalı hakimlərin də adı yer alıb. Onların arasında Zorbay Küçük də var.