Вернуться назад Распечатать

Gürcüstan prezidenti Aİ kursunu dəstəkləyib

Gürcüstan prezidenti və keçmiş futbolçu Mixail Kavelaşvili ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəklərini açıqlayıb.

1xeber.media xəbər verir ki, O, bu barədə Acarıstan televiziyasına müsahibəsində bildirib.

"Biz Avropa Birliyinin üzvü, Avropanın bir hissəsi olmaq istəyirik. Avropanın bir hissəsi olmaq əcdadlarımızın arzusudur; bir çox nəsillər bunu arzulayıb və ölkəmiz Avropanın tamhüquqlu üzvü olmaq üçün çoxlu fırtınalardan keçib", - Kavelaşvili bildirib.

Eyni zamanda, Gürcüstan prezidenti qeyd edib ki, Aİ-yə üzvlük yolu Gürcüstanın dəyərlərinin və kimliyinin qorunması ilə müşayiət olunmalıdır. Bundan başqa, Kavelaşvili Gürcüstanda Avropaya inteqrasiya prosesinin hələ başlamadığını bildirib.

Bundan əvvəl Mixail Kavelaşvili bəyan etmişdi ki, Qərb dövlətlərinin Tiflisdən tələb etdiyi Rusiya ilə müharibə Gürcüstan üçün fəlakətə gətirib çıxaracaq. O əlavə edib ki, ölkəsi Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib və ora humanitar yardım göndərib.