DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub.
1xeber,media xəbər verir ki, bu barədə informasiyanı “Yeni Sabah”a Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev verib.
“Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.
Qeyd edək ki, icra başçısının üç müavini var: Dibirov Turan Eldar oğlu, Rüstəmova Nəzakət Carullah qızı və Nuriyeva Mehparə Zahid qızı.
Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.