Вернуться назад Распечатать

Deputata məxsus holdinqin lisenziyası itib

"A&J Holding”ə özəl tibb fəaliyyətini həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya itib.

1xeber.media teleqrafa istinadla xəbər verir ki, şirkət itən lisenziyanın etibarsız sayılması üçün aidiyyəti üzrə müraciət edib.

Qeyd edək ki, bir çox tenderlərdə qalib olan
“A&J Holding”ə sözügedən lisenziya 2021-ci il aprelin 5-də verilib.

Xatırladaq ki, 20 il öncə təsis edilən holdinqin nizamnamə kapitalı 20.51 mln. manatdır. Holdinqin sahibinin Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə olduğu bildirilir.