Вернуться назад Распечатать

Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü - Fotolar

Türkiyənin Samsun şəhərində azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

1xeber.media Türkiyə KİV-ə istinadən xəbər verir ki, təcili yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub.

Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatını aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı saxlanılan təcili yardım maşınının sürücüsü Şakir Ü. isə həbs edilib.

Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi idi.