Вернуться назад Распечатать

Zaxarova Protaseviçin Belarus kəşfiyyatında xidmət etməsi ilə bağlı etirafına cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Roman Protaseviçin Belarus kəşfiyyatı ilə əməkdaşlıq etdiyini etiraf etməsinə münasibət bildirib.

1xeber.media xəbər verir ki, O, bu barədə öz Telegram kanalında yazıb.

Bundan əvvəl Roman Protaseviç Belarus kəşfiyyatı üçün işlədiyini təsdiqləyib. "Mənim şərhim qısa olacaq: bəli, mən bu məlumatı təsdiqləyə bilərəm, lakin indiki məqamda deyə biləcəyim tək şey budur" dedi.