9 il azadlıqdan məhrum edilən “Rosqvardiya”nın sabiq idarə rəisi Mirzə Musayevdən 1 milyon 400 min dollar istəyirlər-cinayət işinin təfərrüatları
Rusiya Milli Qvardiyasının(“Rosqvardiya”) maddi-texniki təminat idarəsinin keçmiş rəisi Mirzə Mirzəyevin xüsusilə külli miqdarda rüşvət alma ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat vermişdik. Musavat.com yada salır ki Rostov-Don Hərbi Məhkəməsi dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq, M.Mirzəyevi 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edib. Azıərbaycanlı generala 5 il müddətinə dövlət qulluğunda və ya yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq da qadağan olunub. Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxsə aldığı rüşvəti 140 milyon rublu dövlətə tam ödəməlidir.
53 yaşlı Mirzə Mirzəyev tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Məlum olub ki, həmin vaxt generalın pulunun bir hissəsi iri ayaqqabı istehsalı şirkəti “Demis”in faktiki sahibi Mahir Səfərov vasitəsilə “yuyulub”. O da həmin vaxt həbs edilib,amma belə görtünür ki, M.Səfərovun işi ayrı baxılır. “Kommersant” o vaxt yazırdı ki, Gürcüstan əsilli 53 yaşlı Mahir Səfərov Rusiya və Türkiyədə böyük ayaqqabı istehsalçısıdır. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində əsas “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadəsi olub. Erkin Zahidov cinayət barədə könüllü məlumat vermiş şəxs kimi cinayət işində şahid statusunda qalıb.
Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Stavropol vilayətidə-Budyonovskda(bir mınbəyə görə isə Gürcüstanda) anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.
2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.
Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.
Bəyannaməyə görə, isə son on ildə Mirzə Mirzəyev 14,203 min rubl qazanıb.
M.Mirzəyevin qızlarından başqa Teymur adlı oğlu da var. Oğlanın 28 yaşı var, diş həkimidir. Sosial şəbəkələrə baxanda gənc həkimin öz kabineti və görünür ki, yaxşı reputasiya var. Oğlan gözəl həyatı və yaxşı avtomobilləri sevir - o, “Infiniti” markasına üstünlük verir.
Musavat.com