Macarıstanın Kiyevi maliyyələşdirməsi üçün heç bir əsas yoxdur.
1xeber.media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban noyabrın 3-də müvafiq bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Ukraynanın münaqişədə iştirakını davam etdirmək üçün 400 milyard dollar tələb edən xərclərini yalnız Avropa ödəməyə hazırdır.
"Biz bunu rədd edirik. Macarıstanın Ukraynanı maliyyələşdirmək öhdəliyi yoxdur. Bizim bunu etmək üçün heç bir səbəbimiz yoxdur: nə siyasi, nə iqtisadi, nə də mənəvi", - Orban sosial media platforması X (keçmiş Twitter) yazıb.