Futbol şərhçisi və keçmiş hakim Ahmet Çakar mərc oyunları ilə bağlı araşdırma çərçivəsində ifadə vermək üçün İstanbul Baş Prokurorluğuna gəlib.
1xeber.media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumatda bildirilir ki, ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən Ahmet Çakarın sağlamlıq vəziyyəti ilə əlaqədar həbs qərarı ləğv edilib.
Çakar ifadə verdikdən sonra sərbəst buraxılıb.