Вернуться назад Распечатать

Bacısı ilə birlikdə faciəvi şəkildə həlak olan Ramalın fotosu

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyevin fotosu yayılıb.

1xeber.media xəbər verir ki, Ramal Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin məzunu olub.

Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi idi.

Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.