Ukrayna Prezidenti Vladimir Zelenski və Bolqarıstanın Baş naziri vəzifəsini icra edən Andrey Qyurov Kiyevdə 10 illik təhlükəsizlik müqaviləsi imzalayıblar.
1xeber.media xəbər verir ki, Ukrayna rezidenti Bolqarıstan tərəfinə səfər, danışıqlar və əldə olunan razılaşmalar üçün təşəkkür edib.
O bildirib ki, iki ölkənin komandaları sənədin hazırlanması üzərində uzun müddət çalışıblar və tərəflər növbəti onillik üçün rəsmi olaraq əməkdaşlığı möhkəmləndiriblər.
Sazişin əsas müddəaları arasında Zelenski Bolqarıstanın Ukraynaya davamlı hərbi dəstəyini qeyd edib. O, həmçinin hər iki ölkədə silahların, xüsusən də dronların birgə istehsalına dair müqaviləni vurğulayıb.
"Bu, bizim üçün çox vacibdir, ən azından bəzi Avropa nümayəndələri tərəfindən müəyyən maneələr olarsa, alternativ ola bilər", - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, bu, ildə təxminən 10 milyard kubmetr qaz almaq potensialından asılıdır.