Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.
1xeber.media xəbər verir ki, Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub.
Tiflis şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.