Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumata görə, adı hər zaman ölkə mediasıdna müxtəlif qalmaqallarda hallanan sabiq gömrük məmuru Kənan Məmmədov Villa Badam deyilən ərazidən dəyəri 600-800 min manat olan bir neçə ev alıb.
1xebeer.media bizimesr.az-a istinadla xəbər verir ki, bununla kifayətlənməyən keçmiş gömrük generalı, əlaqə və maddi üstünlüyündən istifadə edərək Villa Badam kompleksində “zəif bənd” hesab etdiyi şəxsləri sıxışdırmağa başlayıb.
Artıq həmin şəxslərdən bəzisinin Kənan Məmmədov tərəfindən məhkəməyə verildiyi bildirilir.
Villa Badam sakinlərini isə əsasən bir məsələ narahat edir: Kənan Məmmədov bu qədər sərvəti necə, hansı yolla əldə edib? Niyə bu şəxs haqqında bugünə qədər ölkə mediasında yer alan çoxlu sayda məqalələrdən heç biri araşdırılmayıb? Və ən nəhayət, gec də olsa Kənan Məmmədova “dur” deyən oacaqmı?
Vaxtilə Kənan Məmmədovla bağlı mediada yer alan bəzi məqalələrin linkini oxuculara təqdim edirik.
https://qafqazinfo.az/news/detail/daha-bir-general-vezifesinden-azad-olundu-374861
https://modern.az/az/hadise/366954/kirvelerin-milyonluq-gmruk-emeliyyati-generalla-bali-alasimaz-faktlar/
https://konkret.az/baki-bas-gomruk-idaresinin-reisi-sahibkardan-rusvet-isteyir-kenan-memmedovla-bagli-prezidente-muraciet/