Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək zirvə görüşündə hərbi məsələlər müzakirə olunacaq.
1xeber.media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sammitə gələrkən deyib. Onun sözlərinə görə, zirvə görüşündə enerji böhranından sonra ikinci mövzu "müdafiə məsələləri" olacaq.
“Müdafiə və təhlükəsizlik sahəsində daha çox müstəqilliyə ehtiyacımız var. Özümüzü müstəqil şəkildə müdafiə etmək və qoruya bilmək üçün hərbi imkanlarımızı gücləndirməliyik”, - deyə o vurğulayıb.
Ursula fon der Lyayen, həmçinin qeyd edib ki, Avropa İttifaqı hərtərəfli hərbi təchizat zənciri sistemi qurmaq niyyətindədir.