Вернуться назад Распечатать

Juninyodan Meksikada möhtəşəm qol

Ağdamın "Qarabağ" klubunun sabiq hücumçusu Juninyo hazırda çıxış etdiyi "Pumas" komandasının heyətində baxımlı qola imza atıb.

1xeber.media Qol.az-a istinadla xəbər verir ki, 29 yaşlı braziliyalı forvard Meksika çempionatının 17-ci turu çərçivəsində baş tutan "CF Amerika" ilə gərgin səfər matçında (3:3) komandasının ilk qolunu vurub.

Bu dəqiq zərbə hücumçunun Meksika çempionatında meydana çıxdığı 18-ci oyunda vurduğu 8-ci qol kimi qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.